Neymarı məhkəməyə verdilər
Bizi izləyin

İdman

Neymarı məhkəməyə verdilər

Braziliyanın "Santos" klubunun azarkeşi Neymarı məhkəməyə verib.

Publika.az xəbər verir ki, hüquqşünas Lusiano Pereyra Kapparosu bu addımı atmağa vadar edən səbəb Neymarın "Barsa"ya keçididir. Azarkeş hesab edir ki, futbolçu "Barselona" ilə müqavilə bağlayarkən onu aldadıblar:

"Mən "Santos"un sadiq azarkeşiyəm. Komandanın bütün oyunlarına gedirəm. Yaponiyada keçirilən klublararası dünya çempionatına da getmişdim. Komandanı dəstəkləmək istəyirdim, amma çox məyus oldum. Orda öyrəndim ki, Neymar artıq "Barselona"ya satılıb. Özümü aldadılmış hiss etdim".

Kapparos futbolçudan 8300 avro tələb edir. Bu vəsaitin 2500 avrosunu o, Yaponiyada keçirilən klublararası dünya çempionatına yollanan zaman xərcləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm