“Qəbələ” Qriqorçukla anlaşdı
Bizi izləyin

İdman

“Qəbələ” Qriqorçukla anlaşdı

"Qəbələ" klubu yeni baş məşqçisi ilə anlaşıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Roman Qriqorçukla "Qəbələ"nin Bakı ofisində müqavilə imzalanıb.

Bütün məsələlərdə anlaşan tərəflər arasında saziş 1,5 ili əhatə edəcək.

Qriqorçukla müqavilə yanvar ayından qüvvəyə minəcək. Başqa sözlə, bu ilin sonunadək komandanın "sükanı arxası"nda Sənan Qurbanov olacaq.

Ukraynalı mütəxəssisin təqdimat mərasimi və ilk mətbuat konfransı dekabrın 20-də Qəbələdə baş tutacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm