Ən bahalı “zadəgan” olacaq
Bizi izləyin

İdman

Ən bahalı “zadəgan” olacaq

“Çelsi” Eden Hazardla yeni müqavilə bağlamağa yaxındır.

Publika.az xəbər verir ki, yeni anlaşmanın şərtlərinə görə, futbolçunun məvacibi artırılacaq. Yaxın günlərdə bağlanacaq 5 illik müqaviləyə görə, belçikalı həftədə 200 min funt qazanacaq. Bundan sonra Hazard komandada ən yüksək ödənişli futbolçu olacaq.

Yeni müqavilə ilə bağlı danışıqlara üç ay əvvəl start verilib, ancaq məhz bu həftə tərəflər əhəmiyyətli razılıq əldə edib. Sövdələşmə barədə yeni ilə qədər məlumat veriləcəyi gözlənilir.

23 yaşlı belçikalı bu mövsüm “Çelsi”nin heyətində 16 oyunda 6 qol vurub və üç qol ötürməsi verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm