İnternetdə ən çox axtarılan bəlli oldu
Bizi izləyin

İdman

İnternetdə ən çox axtarılan bəlli oldu

2014-cü ildə “Google”da ən çox axtarılan idmançı bəlli olub.

Publika.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Xames Rodriqes 2014-cü ildə bu axtarış portalında “ən çox axtarılan idmançılar” siyahısında birincidir.

İlin ilk 6 ayında o, ilk “onluq”da belə olmayıb. Ancaq DÇ-2014-dəki çıxışından sonra futbolsevərlər kolumbiyalı ilə maraqlanmağa başlayıblar.

II yerdə isə Mixael Şumaxer yer alıb. Buna da səbəb onun başına gələn olaydır.

III yer Amerika futbolu ilə məşğul olan Rey Raysdır.

Futbolçular arasında Xames Rodriqesdən sonra Luis Suares və Neymar yer alıb. Onlar ümumi siyahıda müvafiq olaraq IV və V yerlərdədirlər.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm