Azərbaycanlı milyarder “Qalatasaray”la müqavilə imzaladı
Bizi izləyin

İdman

Azərbaycanlı milyarder “Qalatasaray”la müqavilə imzaladı

"Qalatasaray" klubu "LUKoil" şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.


Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əldə olunan razılığa əsasən, "Qalatasaray" azarkeşləri "LUKoil" yanacaqdoldurma məntəqələrindən güzəştli qiymətə yanacaq alacaqlar. Bu endirimlərdən yararlanmaq istəyən sürücülər "GSLUKoilcard"dan istifadə etməlidilər.


Türkiyədə 400-dən çox YDM-də istifadə edilə bilən kart "Qalatasaray" azarkeşi olan sürücülərə münasib qiymətə benzin almağa imkan verir. "Qalatasaray" klubunun idarə heyətinin üzvü Əli Dürüst "LUKoil"lə 5 illik müqavilə imzaladıqlarını bildirərək sözlərinə belə davam edib:

"Bu əməkdaşlıq "Qalatasaray"ın marka dəyərini yüksəldəcək. Gördüyümüz işdən ümumi olaraq 10 milyon lirə gəlir əldə etməyi planlaşdırırıq".

"LUKoil" şirkətinin Türkiyə təmsilçisi Aleksander Terletskiy "LUKoil"in dünyanın ən böyük 10 enerji firması arasında yer aldığını deyərək, "Qalatasaray"la anlaşmadan həm özlərinin, həm "sarı-qırmızılı" klubun, həm də tərəfdarların xeyir qazanacağını sözlərinə əlavə edib. Rusiyanın "LUKoil” şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdu. Şirkət bu ilin 9 ayı ərzində 5,7 milyard dollar təmiz gəlir əldə edib. "LUKoil” bir gündə 2,3 milyon barrel neft hasil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm