Klub prezidenti ağzını “skoçladı” - FOTO
Bizi izləyin

İdman

Klub prezidenti ağzını “skoçladı” - FOTO

“Sampdoriya”nın prezidenti Massimo Ferrero ona qarşı diskvalifikasiya qərarına maraqlı şəkildə etirazını bildirib.

Publika.az xəbər verir ki, Genuya klubunun rəhbəri irqçi ifadələr üzündən aldığı 3 aylıq cəzaya ağzını “skoçlamaqla” etiraz edib.

Bir müddət əvvəl Ferrero “İnter”in sahibi Erik Tohiri təhqir etmişdir. O, “neradzurra”nın sabiq prezidenti Massimo Morattiyə xələfini qovmağı məsləhət görmüş və indoneziyalı biznesmenin ünvanına “bu filippinliləri hardan tapmısız” demişdir.

Ümumiyyətlə, Ferrero bu mənada dəfələrlə gündəmə gəlib. O, bir neçə dəfə futbolçuların, baş məşqçilərin və hakimlərin ünvanına xoşagəlməz sözlər deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm