“Ailəm heç bir zaman bu sevdama əngəl olmayıb” - MÜSAHIBƏ
Bizi izləyin

İdman

“Ailəm heç bir zaman bu sevdama əngəl olmayıb” - MÜSAHIBƏ

“Çarşı” Türkiyənin “Beşiktaş” klubunun ən böyük azarkeş qrupudur. Solçu olduğu deyilən qrup üzvləri hər zaman ““Çarşı” hər şeyə qarşı” şüarı ilə diqqət çəkirlər.

Bu yaxınlarda Türkiyədə hökumətə qarşı çıxmaqda günahlandırılan “Çarşı”nın 35 üzvünə ömürlük cəza istənilmişdi. Buna etiraz edən bir çox insan, hətta millət vəkilləri də məhkəmə binasının qarşısına toplaşmış, qərarın yanlış olduğunu bildirmişdilər.

Xəbər verdiyimiz kimi, CHP millət vəkili Melda Onur İstanbulda mühakimə olunan azarkeş qrupuna dəstək olmaq üçün Məclis Baş Assambleyasında qartal şəkilli "Çarşı" köynəyi ilə iştirak etmişdi. (http://publika.az/p/57207)

Azərbaycanda “Çarşı Bakı”nın amiqosu və yaradıcısı Məhəmməd Hüseynov da həmin məhkəmə binası qarşısında dayanıb, onların azadlığa çıxacağı anı gözləyənlərdən olub.

(Qeyd edək ki, 2012-ci ildə “Çarşı”da Azərbaycandan olan üzvlər üçün “Çarşı Bakı” qrupu yaradılıb. Ölkəmizdəki “beşiktaş”sevərlərin bir yerə toplaşması üçün yaradılmış bir qrupdur).

“Çarşı Bakı”nın amiqosu Məhəmməd Hüseynov Publika.az-a müsahibəsində məhkəmənin bitməsinədək binanın qarşısında dostlarını gözlədiklərini deyib:

“Beşiktaş”a görə Türkiyəyə getdi

“Mən Məhəmməd Hüseynov, Bakı şəhərində anadan olmuşam. Əhmədlidə yerləşən 204 saylı orta məktəbi bitirmişəm. “Beşiktaş” sevdası üzündən Türkiyənin İstanbul şəhərində oxumağa qərar verdim”.

- Nə vaxtdan “Beşiktaş”a azarkeşlik etməyə başladın?

- Türkiyədə gözəl bir söz var: “Beşiktaş”lı olmurlar, “Beşiktaş”lı doğulurlar”.

- Bu sevgini nə zamandan hiss etməyə başladın?

- 2001-ci ildən.

- “Beşiktaş”ın oyununu ilk dəfə nə vaxt izləmisən?

- Elə 2001-ci ildə TRT1 kanalından.

- Bəs stadiondan?

- Stadionda ilk izlədiyim matç 2013-cü il martın 3-də keçirilən “Fənərbaxça”yla derbi olub. “İnönü”də qapalı tribunada son derbi idi.

- Bəs ailən sənin bu dərəcədə “Beşiktaş”-“Çarşı” sevdalısı olmanı necə qarşılayıb?

- Ailəm heç bir zaman bu sevdama əngəl olmayıb. “Mən ailəmi də “Beşiktaş”lı etdim” deyə bilərəm.

- Sən “Çarşı Bakı”nın amiqosu kimi tanınırdın. Bəs sən gedəndən sonra bu qrup kimin ümidinə qaldı?

- Elədir, hamı məni “Çarşı Bakı”nın qurucusu və amiqosu kimi tanıyıb. Mən İstanbula gəldikdən sonra da orada fəal üzvlərimiz var idi. Onlar az-çox iş görməyə çalışırlar.

- “Çarşı”nı adətən Türkiyədə hökumətə müxalif yönümlü bir qrup kimi qələmə verirlər. Doğrudan da, belədirmi?

- “Çarşı” sadəcə fanklubdur. Amma hər zaman haqqın və haqlının yanındadır.

- “Gəzi” hadisələri məsələsində “Çarşı”nın günahı nə idi?

- “Çarşı”nın günahı xalqın yanında olmaq idi. Amma "Gəzi" hadisəsində görüldü ki, xalq da "Çarşı"nın yanındadır.

- Sən də orda idin?

- “Gəzi” hadisələri zamanı Bakıda idim.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm