İdman
Mirça Rednik: “Həyat sürprizlərlə doludu”
Klubun prezidenti Cici Bekali komandanın çıxışından narazıdı. Belə ki, hazırda “Styaua” 18 turda 32 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Təbii ki, bu vəziyyət Bekalini razı salmır. Üstəlik futbolçularların intizamsız hərəkətləri və məhz bu üzdən komandanın son bir neçə qarşılaşmada xal itirməsi Rednik variatını gündəmə gətirib. Çünki hazırkı baş məşqçi İlie Stan komandanı bu vəziyyətdən çıxarmaq gücündə deyil.
Bekali Rumıniya mediasına açıqlamasında Rednik variantının gündəmdə
olduğunu etiraf edib: “Komanda transfer xərclərinə münasib oyun
nümayiş etdirmir. Məni ən çox qıcıqlanıran isə komandanın daxilində
nizam-intizam qaydalarının olmamasıdı. Futbolçular nə istəyirlərsə,
onu da edirlər. Çıxış yolu kimi komandanın başına yeni baş
məşqçinin gətirilməsini düşünürük. Bu Mirça Rednik də ola bilər.
Ancaq onun təklifimizlə razılaşıb-razılaşmayacağını deyə
bilmirəm”.
Yerli mətbuat isə Rednikin “Dinamo” və “Rapid”də çalışdığı
dönəmlərdə “Styaua” ilə münasibətlərinin qaydada olmadığını, hətta
bu komandaya əzəli rəqib gözü ilə baxdığını iddia edir və bu üzdən
təklifə müsbət cavab verməyəcəyini iddia edir. Lakin “Xəzər
Lənkəran”ın sabiq baş məşqçisi hamının təəccübünə səbəb olan
açıqlama ilə diqqəti çəkib.
Rednik bildirib ki, “Styaua”da çalışmağın əleyhinə deyil: “Hazırda
“Dinamo”, ÇFR və “Rapid”in işləri qaydasındadı. “Styaua”da isə
problemlər var. Futbol da digər idman növləri kimi intizamı sevir.
İntizam olmayan yerdə uğur olmaz. Mənim “Styaua” ilə nə futbolçu,
nə də məşqçi kimi bağlılığım olmadığı üçün bu çətin ola bilər.
Ancaq Bekali ilə işləmək də mümkündü. “Styaua”dan rəsmi təklif
alsam, qərar verməyə tələsmərəm. Həyat sürprizlərlə doludu. Məşqçi
həyatı isə sürprizlər toplusudu. Bəzən gözləmədiyin yerdən xəyanət,
ən qatı düşmənindən isə mərdlik görürsən. Əsas odu ki, arxanda səni
utandıra biləcək əməlin qalmasın”.
Publika.Az
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO