• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Qarabağ"ın gözlədyi an

  • İdman
  • 20 Dekabr 2014 00:40
  • 802 Baxış
"Qarabağ"ın gözlədyi an

Bu gün "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl ilə UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti arasında görüş keçirilib.

Publika.az-ın məlumatına görə, görüşdə vitse-prezidenti UEFA rəsmilərinə əvvəlcə Ağdam klubu haqqında məlumat verib. "Qarabağ" komandasının Azərbaycanın eyniadlı bölgəsini təmsil etdiyini vurğulayıb, komanda və reallıqlar haqqında geniş danışıb. "Qarabağ"ın bütün Azərbaycan üçün özəl anlayış olduğunu, klubun 1 milyon məcburi köçkünü təmsil etməsini, onların ümid işığı, təsəllisi olduğunu ifadə edib.

T.Gözəl "Qarabağ"ın çıxışından da danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda vacib olduğunu vurğulayıb.

O, İtaliya "İnter" ilə son oyunda baş verən məlum olaya toxunub. "Qarabağ"a qarşı edilən haqsızlığın sadəcə bir futbol komandasının uğursuzluğa düçar olunması yox, milyonlarla insanın üzüntüsü, haqqlarının tapdalanması kimi dəyərləndirib. UEFA-nın məsələylə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.

Marketti isə baş verən olayla əlaqədar UEFA-nın müfaviq qurumlarının iclasında baxılacağını bildirib. O, məsələylə bağlı səlahiyyətli qurumların fevralın 5-də ən doğru qərar çıxaracağını ifadə edib. Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müvafiq qurumların dəyərləndirəcəyini söyləyib. Hakimin xətası təsdiqləndiyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Hakimlərin fəaliyyətinə daim UEFA tərəfindən ciddi nəzarət olduğunu bildirib:

"İstənilən halda UEFA hakimlik məsələsinə çox həssas yanaşır. Hakimlər xəta etdiyi zaman karyerasına ciddi zərbə vuracağını yaxşı anlayır. Eyni zamanda uğurlu idarəçilik zamanı da daha çox təqdir qazanmış olurlar. Qeyd olunan iclasda alınacaq qərardan razılaşmayacayacağınız təqdirdə "Qarabağ"ın etiraz hüququ var. Klubun UEFA-nın bayrağı altında olan digər klublar kimi daha ali məhkəməyə müraciət etmək imkanına malikdir".

Marketti həmçinin "Qarabağ"ın uğurlu çıxışını təqdir edib. "Qarabağ"ın qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib. O, daha öncə Bakıda olduğunu paytaxtın günü-gündən dəyişərək inkişaf və tərəqqisini yüksək qiymətləndirib. Ən sonda "Qarabağ"ın böyük müvəffəqiyyətlər qazanacağına əminliyini bir daha ifadə edərək komandaya uğurlar arzulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR