• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Turist əyləncəsi: uşaqlar arasında keçirilən qaydasız döyüş – FOTOLAR

  • İdman
  • 20 Dekabr 2014 11:02
  • 1 768 Baxış
Turist əyləncəsi: uşaqlar arasında keçirilən qaydasız döyüş – FOTOLAR

Tailandda kasıb ailələr bir tikə çörəkdən ötrü uşaqlarını paytaxt Bankokdakı tay boks məktəblərinə göndərirlər.

Tay boksun nə olduğunu anlamaq üçün Hollivud ulduzu Jan Klod Van Dammın “Kikboksçu” filmini yadınıza salın. Tay boks ənənəvi boksdan fərqlənir.

Burada yumruq zərbəsindən çox ayaq zərbələrinə üstünlük verilir. Həm də diz və dirsək zərbələrinə icazə var ki, bu, idmançıya ağır xəsarətlər yetirə bilir.

Uşaqlar arasında keçirilən tay boks yarışları turistlər arasında populyardır. Qalib gələn idmançılar xeyli pul qazanır. Beləliklə, uşaqlar öz ailələrini qanları bahasına aclıqdan, səfalətdən xilas edir.

Publika.az həmin yarışlardan fotoları təqdim edir.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR