Serbiyada ilin ən yaxşıları seçildi
Bizi izləyin

İdman

Serbiyada ilin ən yaxşıları seçildi

“Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiç Serbiyada ilin futbolçusu seçilib.

Publika.az xəbər verir ki, Matiç mükafatı Serbiya Futbol İttifaqının ənənəvi illik təqdimat mərasimində alıb. Son iki ildə sözügedən nominasiyanın qalibi başqa bir “Çelsi”li Branislav İvanoviç olmuşdur.

Bu hadisəyə sevinən Matiç UEFA-nın rəsmi saytına danışıb:

“Bu, fərdi mükafatdı. Ancaq bunu qazanmaq üçün hər iki komandamın rolu böyükdür: həm milli, həm də klub. Bundan sonra daha yaxşı oynamağa çalışmalıyam. Köhnə uğurlarla yaşamaq olmaz. Futbolda “dünən” anlayışı yoxdur. İnanıram ki, qarşıda məni daha yaxşı günlər, böyük nailiyyətlər gözləyir”.

Serbiyada ilin ən yaxşı baş məşqçisi millini çalışdıran Radovan Çurçiç olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm