• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İlin ən yaxşı gənc oyunçusu kim oldu? - FOTO

  • İdman
  • 20 Dekabr 2014 16:52
  • 374 Baxış
İlin ən yaxşı gənc oyunçusu kim oldu? - FOTO

Kifayət qədər nüfuzlu sayılan “ilin ən gənc futbolçusu” mukafatı 2003-cü ildən İtaliyanın “Tuttosport” nəşri tərəfindən təqdim olunur.

Publika.az xəbər verir ki, bu dəfə qənimət “Liverpul”un parlamaqda olan ulduzu Rahim Sterlinqə çatıb.

20 yaşlı yarımmüdafiəçi “Golden Boy” uğrunda mübarizədə Munir El-Haddadi (Barselona), Mateo Kovaçiç (İnter), Hakan Çalhanoğlu (Bayer) və başqa tanınmış perspektivli futbolçuları qabaqlayıb.

“Liverpul” üçün cari mövsüm o qədər də uğurlu başlamayıb. Amma eyni sözləri Sterlinqə aid etmək olmaz. O, komandanın heyətində İngiltərə Premyer Liqasında bütün oyunlarda meydana çıxan iki futbolçudan biridir. Digəri Stiven Cerrarddı. 16 turdan sonra Rahimin aktivində 3 qol var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR