Qriqorçuk sualları cavablandırdı
Bizi izləyin

İdman

Qriqorçuk sualları cavablandırdı

"Qələbə" klubu yeni baş məşqçisi Roman Qriqorçuku jurnalistlərə təqdim edib.

Klubun vitse - prezidenti Fariz Nəcəfov və baş məşqçin jurnalistlərin suallarını cavablandırıb.

Fariz Nəcəfov əvvəlcə Qriqorçuku seşmələrinin səbəbini açıqlayıb: “Təəssüf edirəm ki, tez-tez baş məşqçi dəyişikliyi zamanı, onların təqdimatında bir araya gəlirik. İlk olaraq istədik ki, Azərbaycan mentalitetinə uyğun məşqçimiz oldu. Qriqorçuku ona görə seçdik ki, bildiyimiz kimi klubun əsas məqasədi akademiya, uşaq futboludur. Həm uşaq futboluna diqqəti həm də bir komandada daha çox işləməyi bizim fikrimizi qətiləşdirdi. Insan olaraq çox gözəl bir insandır. Bütün yerli məşqçilərin hamısına böyük hörmətim var. Kifayət qədər yaxşı mütəxəssislərimiz var. Yerli məşqçi seçməməyiməz gəldikdə, bununla bağlı qərarı klub prezidenti verir. Yaxşı məşqçilərimiz var, ancaq klubun strategiyasına uyğun gəlmirlər”.

Vitse-prezident hazırda komandanı çalışdıran məşqçi Sənan Qurbanovla bağlı fikirlərini də söyləyib: “Ramiz Məmmədov “Qəbələ”də işlədiyi dönəmdə xarici ölkələrə praktika üçün göndərildir. Hansı səbəbdən uğursuzluqlar oldu, bilmirəm. “Qəbələ”nin 9 illik tarixində 4.5 ilini yerli məşqçi ilə keçirmişik. Sənan Qurbanov məşqçi yetirməmizdi. Ola bilər ki, onu daha yaxşı bir məşqçi kimi yetişməsi üçün xarici ölkəyə göndərək.

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk bölgə təmsilçisinin sükanı arxasına keçməsindən danışıb. O, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim sövdələşməmiz baş tutdu. Burada yaxşı infrastruktur qurulub. Təklif gələndə, götür-qoy etdim. “Qəbələ” klubunun imkanlarını öyrənəndən sonra öz-özümə dedim ki, bəli, bura əsl mənim yerimdir”.

Ukraynalı mütəxəssis yeni iş yerində uğur qazanacağına inandığını bildirib:

“Komanda geridə qalan müddətdə istədiyi nəticələri qazana bilməyib. Amma “Qəbələ”ni bu vəziyyətdən çıxaracağıma inanıram. “Qəbələ” bu gün layiq olduğu yerdə deyil. Müəyyən çatışmazlıqlar var. Hər şeyi yoluna qoymaq elə də asan deyil. Biz birgə çalışmaqla bütün çətinliklərin öhdəsindən gələ bilərik. İlk növbədə yaxşı oyun olmalıdı. Yaxşı oyun olsa, komanda istədiyi nəticələri qazana bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm