Turu başa çatdırmaq mümkün olmadı
Bizi izləyin

İdman

Turu başa çatdırmaq mümkün olmadı

Dekabrın 21-də Azərbaycan Premyer Liqasında II dövrənin oyunları keçirilib.

Publika.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutmalı idi. Lakin hava dumanlı olduğundan "Simurq" - "Bakı" oyunu təxirə salınıb.

"Xəzər Lənkəran" isə öz meydanında AZAL-ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Turun mərkəzi qarşılaşması Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" klubu "İnter"i sınağa çəkib. "İnter" bu görüşdə qələbə qazanmaqla ikinci pillədəki mövqeyini bir qədər də möhkəmləndirə bilərdi. Lakin "Qəbələ"ninəzmkar oyunu nəticəsində oyun 1:1 hesabı ilə başa çatıb.

Premyer Liqanın hazırkı lideri "Qarabağ" klubu öz meydanında "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. "Qarabağ" bu oyunda 2:0 hesabı ilə qalib gəlməklə qış fasiləsinə lider kimi yollanıb.

Xatırladaq ki, qış fasiləsinə “Qarabağ” 34 xalla 1-ci, “İnter” 29 xalla 2-ci, “Neftçi” isə 26 xalla 3-cü pillədə yollanıb.

22 dekabr

Azərbaycan Premyer Liqası, 18-ci tur

12:00. “Simurq” – “Bakı”
Hakimlər:
Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Zaqatala şəhər stadionu.

21 dekabr (bazar)

“Qarabağ” – “Sumqayıt” - 2:0
Qollar:
Leroy Corc, 25, (1:0), Vurğun Hüseynov, 55-avtoqol (2:0)Realllaşdırılmayan penalti:Ramazan Abbasov, 89 (“Sumqayıt”) - qapıçı
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


“Qəbələ” – “İnter” - 1:1
Qırmızı vərəqə:
Elvin Məmmədov, 87 ("İnter")
Qol: Dodo, 38, (1:0), Məhəmməd Mirzəbəyov, 67 (1:1)
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev
Qəbələ şəhər stadionu.

“Xəzər Lənkəran” – AZAL - 1:1
Qol: Mombanqo, 43 (0:1), Fernando Qabriel, 60 (1:1)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov
“Xəzər Lənkəran” mərkəzi stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm