“Qarabağ”a milyonluq futbolçular gəlir
Bizi izləyin

İdman

“Qarabağ”a milyonluq futbolçular gəlir

Ağdamın “Qarabağ” klubu qış transfer pəncərəsində ulduz futbolçuları heyətinə qata bilər.

Axar.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi bu barədə artıq hərəkətə keçib və məşhur klublarda forma geyən bir neçə futbolçunu yaxın vaxtlarda “Qarabağ”da görə bilərik.

Məlumatlı mənbənin sözlərinə görə, Prezident İlham Əliyevin klubu qəbul etməsi və 1 milyon bəxşiş verməsi komandanın bu yöndə fəaliyyətə ruhlandırıb: “Klub axtarışlara başlayıb. Əsasən Türkiyə və Şərqi Avropa ölkələrində forma geyən oyunçuların komandaya cəlb edilməsi planlaşdırılır. Yaxın zamanlarda tanınmış futbolçulardan birini və ya bir neçəsini Ağdam klubunda görəcəyik”.

Əldə etdiyimiz məlumata görə, “Qarabağ”ın qələbədən qələbəyə doğru irəliləməsində əsas rola sahib olan “Azərsun Holdinq” də tanınmış futbolçuların kluba cəlb edilməsinə razılıq verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm