Lənkəranlı azarkeşlərə də göz dəydi
Bizi izləyin

İdman

Lənkəranlı azarkeşlərə də göz dəydi

Lənkəran şəhər stadionunda mövsümün anti-rekordu qeydə alınıb.

Publika.az хəbər verir ki, cari mövsümdə bu arenada keçirilən oyuna ən az azarkeş toplaşıb.

Belə ki, "Xəzər Lənkəran" - AZAL matçını cəmi 1000 nəfər izləyib. Bu isə mövsümün anti-rekordu hesab olunur.

"Xəzər Lənkəran" bu mövsüm 9 ev oyunu keçirib. Onlardan ikisi - "Neftçi" və "Qəbələ" ilə görüşlər Bakıda baş tutub. Həmin qarşılaşmaları müvafiq olaraq 1200 və 500 nəfər izləyib.

Lənkəranda baş tutan 7 oyun arasında ən az azarkeş toplayan qarşılaşma isə dünən keçirilib. Bundan əvvəl cənub şəhərində baş tutan 6 oyunda minimum 5000 nəfər stadiona toplaşıb.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın bu mövsüm keçirdiyi 9 ev oyununu ümumilikdə 41700 nəfər izləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm