“Ağ canavar” seçkidən danışdı: “Kim layiqdirsə, ona da səs verəcəm”
Bizi izləyin

İdman

“Ağ canavar” seçkidən danışdı: “Kim layiqdirsə, ona da səs verəcəm”

Bu gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür. Seçkilərdə dövlət adamları, sivil vətəndaşlarla yanaşı, idmançılarımız da iştirak edir. Seçkidə fəal iştirak edənlərdən biri də Eduard Məmmədovdur.

Publika.az-a danışan kikboksinq üzrə 20 qat dünya çempionu səsverməyə hələ gedə bilməsə də, yaxın bir saat ərzində gedib namizədinə səs verəcəyini dedi:

“Əlbəttə, səsvermədə iştirak edəcəm. Konkret namizədim yoxdur. Amma orada seçim aparacam, maraqlanacam ki, kim bu posta layiqdir, ona da səs verəcəm”.

Demək olar ki, seçkilərdə mütəmadi olaraq iştirak edən “ağ canavar” ləqəbli idmançımız səsverməyə getməyin lazım olduğunu bildirdi:

“Təbii ki, seçkilərdə həmişə iştirak edirəm. Hətta deyim ki, mütləq seçkilərdə iştirak edib öz namizədinə səs verməlisən. Mən özüm də dövlətə xidmət edirəm - polis işləyirəm və görürəm ki, seçkilər üçün necə hazırlıq işləri görülür. Yenə deyirəm, seçki keçirilirsə, bir vətəndaş kimi hər kəs orada iştirak etməlidir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm