2014-cü ildə tarixə qovuşan rəmzi yığma - FOTOLAR
Bizi izləyin

İdman

2014-cü ildə tarixə qovuşan rəmzi yığma - FOTOLAR

Hər ilin sonunda istər-istəməz geriyə boylanırıq. Futbol aləmində olub-bitənləri nəzərdən keçiririk. Bizi ən çox məyus edən isə məşhur futbolçuların karyerasını başa vurması olur.

2014-cü ildə də neçə-neçə futbol dahisini yola saldıq. Onların yaşıl meydanlarda yeri həmişə görünəcək. “Əbədi” statusu alan Rayan Giqqz daha “Mançester Yunayted”in formasını geyinməyəcək. “İnter”in rəmzi, əfsanəsi, bir müddət əvvəl Bakıya da təşrif buyuran Xavyer Zanettinin cinahdan hücuma qoşulmalarını çox gözləyəcəyik, Avropa səhnəsindən çəkilsə də, bu vaxta qədər futbol meydanlarında olan Xuan Sebastyan Veron da artıq təqaüdə çıxıb. Hələ Anrini demirik. Düzdü, o, Avropadan uzaqlaşmaqla bir qədər dəbdən düşsə də, arabir səsi okeanın o tayından gəlirdi və vurduğu qollarla pərəstişkarlarını sevindirirdi.

Publika.az sizə 2014-cü ildə butslarını mismardan asan futbolçuların rəmzi yığmasını təqdim edir:

Qapıçı

Fərid Mondraqon

21 il Kolumbiya millisinin şərəfini qoruyub.

Ən yaxşı illərini “Qalatasaray” və “Köln”də keçirib.

Müdafiəçilər

Erik Abidal

20 il Fransa millisinin şərəfini qoruyub.

Ən yaxşı illərini “Barselona”da keçirib.

Olaf Mellberq

12 İsveç millisinin şərəfini qoruyub.

Ən yaxşı illərini “Aston Villa” və “Olimpiakos”da keçirib.

Karles Puyol

13 il İspaniya millisinin şərəfini qoruyub.

O, bütün karyerasını “Barselona”ya həsr edib.

Xavyer Zanetti

17 il Argentina millisinin şərəfini qoruyub.

Ən yaxşı illərini “İnter”də keçirib.

Yarımmüdafiəçilər

Rayan Giqqz

16 il Uels millisinin şərəfini qoruyub.

O, bütün karyerasını “Mançester Yunayted”ə həsr edib

Xuan Sebastyan Veron

14 il Argentina millisinin şərəfini qoruyub.

Ən yaxşı illərini “Parma”, “Latsio”, “Mançester Yunayted” və “Estudiantes”də keçirib.

Klarens Zeedorf

14 il Hollandiya millisinin şərəfini qoruyub.

Ən yaxşı illərini “Real”, “İnter” və “Milan”da keçirib.

Mauro Kamoranezi

7 il İtaliya millisinin şərəfini qoruyub.

Ən yaxşı illərini “Yuventus”da keçirib.

Hücumçular

Tyerri Anri

13 il Fransa millisinin şərəfini qoruyub.

Ən yaxşı illərini “Monako”, “Arsenal”, “Barselona” və “Nyu-York Red Bullz”da keçirib.

Rivaldo

10 il Braziliya millisinin şərəfini qoruyub.

Ən yaxşı illərini “Barselona”da keçirib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm