• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Şeytan”ı görmək üçün 17 saat gözlədi

  • İdman
  • 23 Dekabr 2014 15:19
  • 349 Baxış
“Şeytan”ı görmək üçün 17 saat gözlədi

Yanvarın 4-də Yovil şəhəri bayram əhvali-ruhiyyəsinə bürünəcək. Həmin gün bu şəhərin eyniadlı klubu dünya nəhəngi “Mançester Yunayted”i qəbul edəcək.

Publika.az xəbər verir ki, İngiltərə kuboku çərçivəsində keçiriləcək oyuna maraq çox böyükdür. “Yovil” azarkeşləri sevimlilərini dəstəkləmək üçün inanılmaz addımlar atıb.

Oyun 9565 nəfərlik “Huiş Park”da baş tutacaq. Yerlərin məhdud olması bir yana, satışa cəmi 4000 bilet çıxarılıb. Biletlərin üçdə biri abunəçilərin payına düşür, 2000-i isə MY fanatlarına ayrılıb.

Bu üzdən azarkeşlər bilet əldə etmək üçün hər cür əziyyətə qatlaşmalı olub. Ceyms Krujanovski adlı fanat 17 saat növbədə dayanıb. Kassa bazar ertəsi səhər saat 9-da açılsa da, Ceyms bazar günü saat 16:00-dan gözləməyə başlayıb: “Bu ağlasığmaz hərəkət idi. Hava dəhşət soyuq olsa da, buna dəyərdi. Oyuna qədər biletləri şəxsi seyfimdə saxlayacam”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR