1 milyard avroya futbolçu olar?
Bizi izləyin

İdman

1 milyard avroya futbolçu olar?

Futbolda dövr edən pulları saymaqla qurtarmaq çətin məsələdir. Son illərdə, ümumiyyətlə, transferlə xərclənən vəsaitlər göz qamaşdırır. Biri 50 milyona satır, biri 100 milyona alır. Şeyxlər futbola baş vurandan sonra pul yaşıl meydanlarda xəzəl kimi uçur.

Publika.az xəbər verir ki, əvvəllər də Avropada bahalı və səs-küylü transferlərlə ad çıxaran “Real” yenə futbol ictimaiyyətini təəccübləndirib.

İspaniyanın “As” qəzeti belə bir iddia yayıb ki, “Kral klubu”nun uelsli ulduzu Qaret Beyli almaq istəyən komanda 1 milyard avrosundan keçməlidi. Başqa sözlə, bu məbləği verməyə hazır olan klub “Real” rəhbərliyinə xəbər vermədən işi bitirə bilər.

İngiltərə mətbuatında “Mançester Yunayted”in 150 milyon dollara Beyli transfer etmək istədiyi xəbəri yayılandan sonra ispanlar narahat olmağa başlayıb. “Real” isə Madriddə ikinci mövsümünü keçirən və özünü rahat hiss edən futbolçusuyla vidalaşmaq niyyətində deyil.

İspaniya Futbol Federasiyasının qaydalarına əsasən La Liqa klubları futbolçuların müqavilə sənədində konpensasiyanı mütləq göstərməlidi. Məsələn, “Barselona”nın lideri Lionel Messinin təzminat qiyməti 250 milyon avrodur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm