Bizim həsrətində olduğumuz stadionları ingilislər “zibilliyə” atır - Fotolar
Bizi izləyin

İdman

Bizim həsrətində olduğumuz stadionları ingilislər “zibilliyə” atır - Fotolar

Azərbaycanda həmişə stadion problemi olub. Hətta ən imkanlı klublarımız belə, 10-15 minlik stadion tikməkdə çətinlik çəkiblər. 5-6 minlik stadion tikən klublarımz isə az qala bütün ölkədə özlərini qəhrəman elan edirlər. Futbolu inkişaf etmiş ölkələrdə isə vəziyyət bizdən tam fərqlidi.

İngiltərədə son illərdə stadion tikintisi ən yüksək səviyyəyə çatıb. Maraqlıdı ki, orda bizim əl içində tutub gündə reklam etdiyimiz stadionları gərəksiz bir əşya kimi ataraq, əvəzində daha müasirlərini tikirlər. Özü də bu stadion dəyişən klubların əksəriyyəti aşağı liqa təmsilçiləridi. Sizə həmin stadionların kiçik bir qismini təqdim edirik.

Buzferri - Hall Siti

1946-cı ildə açılmış bu stadion vaxtilə hazırda Premyer Liqada çıxış edən "Hall Siti"nin doğma meydanı idi. 2002-ci ildə "pələnglər" daha müasir arenaya keçdikdən sonra 15 min yerlik stadion tərk edildi. Stadion bir müddət baxımsız vəziyyətdə qaldıqdan sonra yerində supermarket tikildi.

Plau Leyn - Uimbldon, Kristal Pelas

"Plau Leyn" İngiltərənin aşağı liqa klublarından olan "Uimbldon"un doğma stadionu idi. Lakin bu arena da "Buzferri" stadionunun aqibətini yaşadı. 1912-ci ildə əsası qoyulan stadion 1998-ci ildə azarkeşlərin üzünə bağlandı. 15 min azarkeş tutumuna malik arenada 1991-98-ci illər aralığında hazırda Premyer Liqada çıxış edən "Kristal Pelas" da ev oyunlarını keçirib.

Makkeyn - Skarboro

İngiltərənin aşağı liqa təmsilçisi "Skarboro"nun doğma meydanı "Makkeyn" də tarixin yaddaşına köçən arenalardandı. Əsası 1898-ci ildə qoyulmuş 6500 yerlik arena 2007-ci ildən "Skarboro"ya lazım olmayıb. 2011-ci ildə isə stadion tamamilə sökülüb.

Ninian park - Kardiff Siti

Düz 99 il (!) "Kardiff"in ev oyunlarını keçirdiyi Ninian park 2009-cu ildən uelslilərə lazım olmayıb. 21500 yerlik stadion elə tərk edildiyi ildə sökülüb. Arenayla bağlı maraqlı fakt isə azarkeş rekordu ilə bağlıdı. Belə ki, stadionun tutumu 21500 olsa da, 1959-cu ildə bu arenada baş tutan Uels - İngiltərə oyununu 62 min tamaşaçı izləyib.

Fizams - Darlinqton

Artıq tarixin yaddaşına köçmüş "Darlinqton"un ev oyunlarını keçirdiyi "Fizams" stadionu 2003-cü ildə azarkeşlərin üzünə bağlanıb. 8500 yerlik stadion 3 il baxımsız qaldıqdan sonra 2006-cı ildə tamamilə sökülüb.

Veç Fild - Suonsi

Premyer Liqada çıxış edən "Suonsi" vaxt var idi "Veç Fild"də çıxış edirdi. 1912-ci ildə məhz "Suonsi" üçün istifadəyə verilmş stadion düz 2005-ci ilə kimi kluba xidmət etdi. 2005-ci ildən isə yeni - 20 minlik arenaya köçən klub, "Veç Fild"i unutdu. 11500 azarkeş tutumuna malik stadion 6 il bağlı qaldıqdan sonra 2011-ci ildə tamamilə söküldü.

Hayberi - Arsenal

Bu stadionun adını yəqin eşitməyən yoxdu. İngiltərənin ən köklü klublarından biri olan "Arsenal"ın tarixinin bir çox şanlı səhifələri bu stadionda yazılıb. "Topçular" 1913-cü ildən 2006-cı ilə kimi məhz bu stadionda rəqiblərini qəbul etmişdi. Ancaq 38 500 (!) yerlik stadion "Arsenal" üçün çox kiçik və əlverişsiz idi. Bu səbəbdən klub özünə yeni stadion tikdi. Böyük tarixə şahidlik etmiş stadionun yerində isə yaşayış binaları tikildi.

- See more at: http://komanda.az/xeber/3674/#sthash.Idfmx4hW.dpuf
Oxumağa davam et
Reklam
Reklam

Gündəm