
Şimali və Mərkəzi Amerikada (KONKAKAF) ilin ən yaxşı futbolçusu və məşqçisi məlum olub.
Publika.az xəbər verir ki, Kosta-Rika millisinin heyətində bu ilki dünya çempionatında parlaq çıxışı ilə diqqət çəkən Keylor Navas 2014-cü il üçün Şimali və Mərkəzi Amerikanın ən güclüsü olub.
Kosta-Rika millisi Braziliyada keçirilən mundialda Uruqvay, İtaliya və İngiltərənin yer aldığı qrupda birinci olmuşdu. 1/8 finalda Yunanıstanı mübarizədən kənarlaşdıran amerikalılar yalnız 1/4 finalda Hollandiyaya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırmışdı.
KONKAKAF-da ilin ən güclü məşqçisi də məhz Kosta-Rika millisinin çalışdırıcısı Xorxe Luis Pinto olub.
Dünya çempionatındakı parlaq çıxışından sonra Madrid "Real"ına transfer olunan Navas, bu klubun heyətində cəmi 5 oyunda meydana çıxıb.