Qriqorçukun ilk “qurban”ı Kramarenko oldu
Bizi izləyin

İdman

Qriqorçukun ilk “qurban”ı Kramarenko oldu

“Qəbələ”yə yeni baş məşqçi təyin olunmuş Roman Qriqorçuk öz kadrlarını komandaya gətirməkdə davam edir.

Publika.az xəbər verir ki, ukraynalı çalışdırıcı qapıçılarla işləyən məşqçi postuna da öz həmyerlisini gətirib.

“Qəbələ”də bu postu tutan Dmitri Kramarenko ukraynalının islahatlarının qurbanı olub. Onu bu postda Andrey Qluşenko əvəzləyəcək.

Qriqorçukun Kramarenko ilə işləyəcəyi gözlənilsə də, nədənsə ukraynalı məşqçi postsovet məkanında da yetərincə tanınan millimizin sabiq qapıçısından imtina edib.

Bu təyinat Dimanın işsiz qalmasını şərtləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm