“Fənərbağça” və “Qalatasaray” üçün fərqli sonluq
Bizi izləyin

İdman

“Fənərbağça” və “Qalatasaray” üçün fərqli sonluq

Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, “Fənərbağça” aşağı liqa təmsilçisiylə oyunda xal itirib. “Altınordu”nu qəbul edən “sarı-lacivərdlilər” xalları yarı bölüb. Özü də istanbulluları məğlubiyyətdən Dieqonun 80-ci dəqiqədə vurduğu qol xilas edib.

“Fənər”dən fərqli olaraq, “Qalatasaray” səfərdə “Diyarbəkir BB”-ni darmadağın edib. Aşağı divizion təmsilçisi 1 saat müqavimət göstərsə də, son 20 dəqiqədə “aslanlar” səviyyə fərqini ortaya qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm