Aziz Yıldırım özündən çıxdı
Bizi izləyin

İdman

Aziz Yıldırım özündən çıxdı

Aziz Yıldırım özündən çıxdı

“Fənərbaxça” ilə “Sivaspor” arasında keçirilən qarşılaşmada Egemen Korkmaza qırmızı kart göstrilməsi “Fənərbaxça” klubunun sabiq prezidenti Aziz Yıldırımı əsəbləşdirib.

İlk hissə bitdikdən sonra Aziz Yıldırım soyunub-geyinmə otağına gedib.

Bu vaxt dəhlizdə Aziz Yıldırım hakim Yunus Yıldırımla qarşılaşıb. Yıldırım ona qarşı qeyri-etik sözlər işlədib. Yıldırımı sözlərini nöqtələrlə ifadə edirik:

“Anamızı ... Haqqımız olan penaltını vermədin. Sonra da oyunçunu (Egemen Korkmaz) özündən çıxardın və qırmızı kart göstərdin. Bu iş belə bitməz. Bunun cavabını verəcəksən”.

Hakim Yunus Yıldırım isə onun bu sözlərini protokola yazaraq şikayətçi olub.

Protokolun təhvil verilməsindən sonra Əziz Yıldırım Peşəkar Futbol İntizam Komissiyasına (PFDK) dəvət olunub.

Yıldırımın hədə, təhqir, hakim hüququnun pozulması ittihamı ilə 60 və 90 gün arasında hüquqlarından məhrum olunması gözlənilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm