Dünyanın ən bahalı futbolçusu azarkeşlərin gözündən niyə düşüb?
Bizi izləyin

İdman

Dünyanın ən bahalı futbolçusu azarkeşlərin gözündən niyə düşüb?

Qaret Beylin qış transfer pəncərəsində "Real"dan ayrılacağı haqda xəbərlər tükənmək bilmir.

Publika.az xəbər verir ki, AS qəzeti "Kral klubu"nun azarkeşləri arasında uelsli yarımmüdafiəçinin satılmasının nə dərəcədə məqsədəuyğun olması haqda sorğu keçirib. Respondentlərin 53,75 faizi 25 yaşlı futbolçunun 153 milyon avroya "Mançester Yunayted"ə satılmasının lehinə, qalan 46,25 faizi isə əleyhinə səs verib. Sorğuda 32 min nəfər iştirak edib.

Qaret Beyl 2013-cü ilin yayında 91 milyon avroya "Tottenhem"dən transfer olunub. O, "qalaktikos" forması ilə keçirdiyi 66 oyunda 33 qol vurub, 24 məhsuldar ötürmə edib. Bir müddət öncə isə Madrid klubu Qaret Beylə 1 milyard avro təzminat qiyməti qoymuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm