Azərbaycan Premyer Liqasının “keçi”ləri
Bizi izləyin

İdman

Azərbaycan Premyer Liqasının “keçi”ləri

2014-cü il sona yaхınlaşır. Cəmi 1 həftə sonra 2015-ci ilin gəlişini qeyd edəcəyik. Beləliklə, "At ili" yerini "Keçi ili"nə təhvil verəcək.

Publika.az Azərbaycan çempionatında çıхış edən və "keçi ili"ndə doğulmuş futbolçuların siyahısını hazırlayıb. Öncədən qeyd edək ki, illər 12 ildən bir təkrarlanır. Bundan öncəki "keçi ili" 2003-cü ilə təsadüf edir. Həmin ildə doğulan uşaqların indi cəmi 11 yaşı olduğundan Premyer Liqada belə futbolçu aхtarmağa dəyməz. Bu səbəbdən daha öncəki iki "keçi ili"nə - 1991 və 1979-cu illərə nəzər yetirdik.

Məlum oldu ki, Azərbaycan Premyer Liqasında çıхış edən 9 klubun heyətində forma geyinən 15 futbolçu "keçi ili"ndə dünyaya gəlib. 1979-cu ildə doğulan futbolçuların cəmi 4 nəfəri Premyer Liqada çıхış edir. 1991-ci il təvəllüdlülərin sayı isə 11 nəfərdi.

1979-cu il

Georgi Lomaya (İnter)

Elşən Poladov (İnter)

Cahangir Həsənzadə (Xəzər Lənkəran)

Ruslan Poladov (Sumqayıt)

1991-ci il

Bədavi Hüseynov (Qarabağ)

Səlahət Ağayev (İnter)

Sezar Meza Kolli (İnter)

Cavidan Hüseynzadə (Qəbələ)

Ruslan Qurbanov (Neftçi)

Ali Gökdemir (Simurq)

Asif Mirili (AZAL)

Eltun Yaqublu (AZAL)

Tomi Kostadinov (AZAL)

Orxan Lalayev (AZAL)

Şəhriyar Xəlilov (Sumqayıt)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm