Yeni tikilən möhtəşəm arenadan 100 milyon qazanıldı - FOTOLAR
Bizi izləyin

İdman

Yeni tikilən möhtəşəm arenadan 100 milyon qazanıldı - FOTOLAR

“Beşiktaş” cari mövsümdə mətbuatın diqqət mərkəzindən düşmür. “Qara qartallar”ın həm nümayiş etdirdiyi oyuna, həm də tikintisi başa çatmaq üzrə olan müasir stadionuna maraq olduqca böyükdür. İnşaat işləri sürətlə aparılan “Vodafone Arena” yaxın zamanda “Qartallar”ın ixtiyarına veriləcək.

Publika.az xəbər verir ki, İstanbul klubu yeni stadionunu tamamilə öz hesabına inşa edir. “Qara qartallar” “Vodafone Arena”da tarix yazmağı planlaşdırır.

Hazırkı fantastik gəlir…

Super müasir standartlara cavab verəcək “Vodafone Arena”nın tikintisi hələ başa çatmasa da, rəhbərlik yeni qurğunun xeyrini indidən görməyə başlayıb. Bu günə olan gəlirin miqdarı 100 milyon avronu ötür.

41903 yerlik tutuma malik olacaq bu möhtəşəm arenanın bəzi yerləri artıq satılıb. Satılan 138 yerdən 31 milyon dollar qazanan “Qara qartal” VIP və "1903 tribunası" abunələrindən də 7 milyon dollar gəlir əldə edib.

Klub mövsüm öncəsi satılan 11 min 800 ədəd abunə kartından isə 13 milyon lirə gəlir əldə edib. Bu pulların hamısı stadionun inşasına sərf edilir.

Stadionun tikintisi bitənə qədər qalan 8 ədəd yer, VIP-loja, “1903 tribunası” və abunə kartlarının satışına davam ediləcək.

Bundan əlavə "Beşiktaş" rəhbərliyi yeni ildə tribunalar üçün də müxtəlif firmalarla ayrı-ayrı sponsorluq müqavilələri imzalayacaq. Beləliklə stadiondan əldə edilən gəlirlər daha da artacaq.

İnşaatı bitirmək üzrə olan "ağ-qaralar" 15 illik ad hüququ qarşılığında 145 milyon dollarlıq nəhəng sponsorluq müqaviləsi imzaladığı "Vodafone"dan mövsümün əvvəlində 23 milyon lirə (8 milyon avro) almışdı. Stadiona adını verən “Vadofone” anlaşma çərçivəsində 15 il ərzində "Beşiktaş"a pul ödəyəcək.

Rəhbərlik üçün 7 yer…

"Beşiktaş" rəhbərliyi "Vodafone Arena"dan indiyə qədər 7 yer satın alıb. Prezident Fikret Ormanla yanaşı, Umut Güner, Erdal Torunoğulları, Ahmet Kavalcı, Emre Kocadağ, Ahmet Ürkmezgil və Mete Vardarın da tribunada öz yeri var.

Bundan əlavə futbolçulardan Demba Ba, Cenk Tosun və Olcay Şahan ötən günlərdə yeni stadionda yer satın almışdı.

Bir ildə 3 milyondan çox gəlir

“Beşiktaş” klubu bugünlərdə neft və təbii qaz şirkəti "Lukoyl"la əməkdaşlıq müqaviləsi imzalayıb. "BJK Nevzat Dəmir Təsisləri"ndə baş tutan təqdimat mərasiminə prezident Fikret Orman və "Lukoyl" Türkiyənin baş direktoru Aleksandr Terletskiy qatılıb.

Orman həm kluba, həm də azarkeşlərə müxtəlif üstünlüklər təqdim edən önəmli bir razılaşma imzaladıqlarını deyib: "Beşiktaş klubu bir ildə 3 milyondan çox gəlir əldə edəcək. Azarkeşlərimizlə birlikdə qazanclı bir müqavilə imzaladıq.

Razılığa böyük əhəmiyyət verdiklərini deyən Aleksandr Terletskiy isə indiyə qədər tərəfdarların 100 mindən çox kart əldə etdiyini bildirib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm