“Borussiya” Hazardı birdəfəlik almaq istəyir
Bizi izləyin

İdman

“Borussiya” Hazardı birdəfəlik almaq istəyir

Bundesliqada birinci dövrə başa çatdığından klublar qış fasiləsinə yollanıb. Amma rəhbərlik üçün ən gərgin iş rejimi məhz indi başlayır.

Publika.az xəbər verir ki, cari mövsümdə yaxşı təsir bağışlayan Münhenqladbax “Borussiya”sının transfer çalışmalarında fəallığı diqqət çəkir.

Yayda “Çelsi”dən icarəyə götürülən Torqan Hazard ilk dövrədə özünü yaxşı tərəfdən göstərdiyi üçün rəhbərlik onu birdəfəlik transfer etmək istəyir.

Cari mövsümdə Bundesliqada 15 oyuna çıxan 1 qol vuran balaca Hazard “Çelsi”də oynayan məşhur qardaşı kimi yarımmüdafiədə oynayır. Tərəflər artıq danışıqlara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm