Emeqaranı kim əvəzləyəcək?
Bizi izləyin

İdman

Emeqaranı kim əvəzləyəcək?

İnnosent Emeqaranın "Qarabağ"dan ayrılmasından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov onun yerini doldurmaq üçün hücumçu axtarışına çıxıb.

"Köhlən atlar"a menecerlər tərəfindən bir sıra futbolçular təklif edilir. Bu məqsədlə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. İbrahimov Publika.az-a açıqlamasında xəbəri nə inkar etdi, nə də təsdiqlədi:

"Komandamzın baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlamasında transferlər ediləcəyini bildirib. Belə olan halda, bir sıra futbolçuların "Qarabağ"a təklif edilməsi təbii haldı. Ancaq klubumuz heç bir futbolçuyla danışıq aparmayıb".

Xatırladaq ki, mövsümün əvvəlində Agdam klubuna qoşulan Emeqara ailə problemlərinə görə komandadan ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm