“Qəbələ” PSV ilə üz-üzə gələcək
Bizi izləyin

İdman

“Qəbələ” PSV ilə üz-üzə gələcək

Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Qəbələ"nin hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən ikisinin adı müəyyənləşib.

Publika.az xəbər verir ki, "qırmızı-qaralar" ilk oyununu yanvarın 10-da Hollandiyanın PSV klubunun ikinci komandasına qarşı keçirəcək.

“Qəbələ” yanvarın 17-də isə Ukraynanın "Vorskla" (Poltava) komandası ilə qarşılaşacaq.

"Qırmızı-qaralar" bundan əlavə yanvarın 14, 22, 25 və 29-da da yoxlama oyunları keçirəcək. Rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm