Tsxadadze arzusuna çatdı
Bizi izləyin

İdman

Tsxadadze arzusuna çatdı

"İnter"in çalışdırıcısı Kaxaber Tsxadadze Gürcüstan millisinə baş məşqçi təyin olunub.

Publika.az xəbər verir ki, gürcü çalışdırıcı dünən Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Sçinava ilə müqavilə bağlayıb.

Müqavilə 2015-ci ilin yayına kimi nəzərdə tutulub. Tsxadadzenin Gürcüstan millisiylə müqavilə bağlaması "İnter"dəki işinə mane olmayacaq. Belə ki, gürcü çalışdırıcı hər iki iş yerində paralel fəaliyyət göstərəcək.

Gürcüstan millisində baş məşqçi postu noyabrın 15-dən boş idi. Gürcüstan millisinin doğma meydanda Polşaya 0:4 hesablı məğlubiyyətinin ardından Temuri Ketsbaya istefa vermişdi.

Gürcüstan millisinə baş məşqçi təyin olunması ilə bağlı UEFA-nın rəsmi saytına açıqlama verən Tsxadadze arzusunun həyata keçdiyini bildirib:

"Mənə etimad göstərdiyi üçün Gürcüstan Futbol Federasiyasına və yığmada işləməyimə imkan yaradan "İnter" klubuna təşəkkür etmək istəyirəm. Hərçənd, Bakı təmsilçisi bundan imtina da edə bilərdi. Futbolçulara inanıram. Onlar güclüdü, qələbə qazana və böyük turnirlərdə iştirak edə bilərlər. Ölkəsinin millisini çalışdırmaq hər bir məşqçi üçün ən yüksək mövqedi. Bu, hər kəsin arzusudu. Gürcüstanda futbolun inkişafına töhfə vermək şansım olduğu üçün çox şadam".

Gürücüstan millisi ilə iyunun 1-dək müqavilə imzalayan Tsхadadze bu müddətdə komandanı 2 oyuna çıхaracaq. Yayda isə Bakı klubundan ayrılaraq gürcüləri daha 2 il müddətinə calışdıracaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm