Siftə “Qəbələ”dən gəldi: Rəşad Sadiqov
Bizi izləyin

İdman

Siftə “Qəbələ”dən gəldi: Rəşad Sadiqov

“Qəbələ” 2014/15 mövsümünün qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Publika.az xəbər verir ki, “qırmızı-qaralar” heyətini Rəşad Sadiqovla gücləndirib.

Bu gün 32 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. Qış transfer pəncərəsinin ilk keçidi olan orta sahə oyunçusu mövsümün ilk yarısında “Xəzər Lənkəran”da çıxış edib.

Sadiqov karyerası ərzində “Bakı fəhləsi”, “Qarabağ”, “Şəfa”, “Neftçi” və MOİK-in də şərəfini qoruyub. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 305 oyun keçirib, 19 qol vurub.

Qeyd edək ki, Sadiqov 2006-cı ildə debüt etdiyi Azərbaycan milli komandasında 23 oyun keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm