Arda Turan baş nazirə “Odlar Yurdu Azərbaycan” yazılı formanı təqdim etdi - FOTOLAR
Bizi izləyin

İdman

Arda Turan baş nazirə “Odlar Yurdu Azərbaycan” yazılı formanı təqdim etdi - FOTOLAR

Türkiyənin baş naziri Əhməd Davudoğlu futbolçu Arda Turanla məşhur teleaparıcı Acun İlicalını rəsmi iqamətgahında qəbul edib.

Publika.az xəbər verir ki, görüş zamanı Ə.Davudoğlu Arda Turanla səmimi dialoq qurub:

- İşlərin necədir? Yaxşı gedir?

- Çox şükür, qürbətdə olsaq da, hər şey yaxşıdır.

Daha sonra baş nazir belə deyib:

“Ölkəmizi layiqncə təmsil edirsən. Özünə inanan hər bir şəxs qürbətdə olsa belə, çətinliklərə sinə gərməyi bacarır. Sən də belələrindənsən. Mən də gənclik illərində çox futbol oynamışam. Son Qurban bayramında mühafizəçilərlə oynadıq, Çoxdan oynamamağıma baxmayaraq, komandamızın 11 qolundan altısını mən vurdum”.

Davudoğlunun 6 qol vurduğunu söyləməsindən sonra Arda Turanın dediyi bir söz görüşdə olanları güldürüb:

“Prezidentimiz sizi çətin günlər üçün saxlayır hər halda”.

Acun İlicalı da matçın təşkilatçılığını boynuna götürüb:

“Bu işin təşkili də mənim öhdəmə düşər”.

Səmimi söhbətdən sonra Arda Turan baş nazirə "Atletiko"da geyindiyi “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) yazılı 10 nömrəli formanı hədiyyə verib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm