Tərlan Əhmədov "Beşiktaş"da təcrübə keçir
Bizi izləyin

İdman

Tərlan Əhmədov "Beşiktaş"da təcrübə keçir

AZAL futbol klubunun baş məşqçisi Tərlan Əhmədov Türkiyəyə səfər edib.

Klubdan Publika.az-a verilən məlumata görə, baş məşqçinin səfərinin məqsədi İstanbulda PRO kateqoriyası almaq üçün keçirilən kursla bağlıdır. Kateqoriyanın tələblərinə uyğun olaraq, 43 yaşlı mütəxəssis dekabrın 29-dək İstanbul nəhənglərindən “Beşiktaş”da təcrübə keçəcək.

“Qara qartallar”ın bazasında bir həftəlik təlimdə olacaq məşqçimiz komandanın hazırlığında iştirak edəcək, “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçlə görüşmək və xorvatiyalı çalışdırıcı ilə fikir mübadiləsi aparmaq imkanı qazanacaq.

Məşqçi artıq akademiya ilə tanışlığı başa vurub. Aşağı yaş qruplarından birinin məşqini izlədikdən sonra isə T.Əhmədov “Beşiktaş”ın Gənclik İnkişaf Proqramının koordinatoru və texniki direktoru Əmrah Bayraktarla görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm