• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bu cinayətə görə ata və oğul həbs olundu – FOTO

  • İdman
  • 27 Dekabr 2014 11:43
  • 2 127 Baxış
Bu cinayətə görə ata və oğul həbs olundu – FOTO

Argentinada mövsüm başa çatsa da, futbol xuliqanları arasındakı mübahisələr, qalmaqallar bitmək bilmir.

Publika.az xəbər verir ki, ötən ay dörd tərəfdarın qətlə yetirildiyi Cənubi Amerika ölkəsində bu dəfə də “İndependiente”-nin fan klubunun rəhbəri cinayətə qurban gedib.

Mətbuatda yayılan iddialara görə, Joze Qalleqo Fernandesə Buenos Ayresin 14 kilometr cənub-qərbində “Lanus”lu azarkeşlər tərəfindən tələ qurulub və o öldürülüb.

Polisin ilkin verdiyi məlumata görə, Fernandes sinəsindən aldığı güllə yaralarıyla hadisə yerindəcə keçinib. Cinayəti törətməkdə ən böyük şübhəli bilinən “Lanus” fan klubunun lideri Matias Soto həbs olunub.

Onun üstündə silah tapılıb. Bununla yanaşı, Sotonun atası da həbs olunub. Onlar hər ikisi Xoseni öldürməkdə şübhəli bilinirlər.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR