Türkiyədə prezident himnin qadağan olunmasını məsləhət gördü
Bizi izləyin

İdman

Türkiyədə prezident himnin qadağan olunmasını məsləhət gördü

Türkiyənin “Gənclərbirliyi" klubunun prezidenti İlhan Cavcav ilginc təkliflə hər kəsin diqqətini çəkib.

O, məsləhət görüb ki, Superliqanın oyunlarından öncə ölkə himn ifa edilməsin.

Publika.az-ın məlumatına görə, klub rəhbəri bunun səbəbi kimi, bəzi matçlarda himn oxunarkən fitə basılmasını göstərib.

“Bunu deməyə heç kim cəsarət edə bilmir? Amma mən cəsarətlə deyirəm. Stadionlar və digər idman növlərinin baş tutduğu məkanlar ölkə himninin oxunacağı yer deyil.

Başda Türkiyə İdman Nazirinə və Futbol Federasiyasının prezidentinə səslənirəm. Himnimiz Superliqada heç vaxt oxunmamalıdır. Keçən səfər qəzetlərdə oxudum. Üçüncü liqada keçirilən futbol matçından əvvəl himn oxunarkən fitə basılıb. Bu olayların artması ölkədə iğtişaşlara və qarşıdurmalara səbəb ola bilər. Mütləq tədbir görülməlidir.

Bu səbəblə hörmətli prezidentimiz təlimat verərək "İstiklal Marşımız"ı liqa matçlarında oxunmasına qadağa qoymalıdır”.

Cavcav prezidenti xatırlamışkən rəhbərlik etdiyi klubun təlim-məşq bazasının sökülməsinə də etiraz edib:

"Bu gün hörmətli Erdoğan üçün hazırlanmış 1150 yataqlı köşk Türkiyə Cumhuriyyəti üçün tikilib. Köşkə yaxın olan təsislərin sökülməsi fikrini dəstəkləmirəm.

"Gənclerbirliği" futbol klubunun təsisləri 1923-cü il, "Ankaragücü"nün isə 1907-ci ildə salınıb. İdman centlmenlik deməkdi. Prezident malikanəsi ilə qonşuluq bizim üçün sadəcə şərəfdir".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm