“Qoca sinyora” onun üçün türklərlə danışıqlara başlaya bilər
Bizi izləyin

İdman

“Qoca sinyora” onun üçün türklərlə danışıqlara başlaya bilər

"Qalatasaray"ın ulduzu Uesli Sneyder İtaliyaya qayıda bilər. Belə ki, "Yuventus" futbolçunu heyətinə qatmaq fikrindədir.

Publika.az məlumatına görə, Sneyderin "sarı-qırmızılar"la 2016-cı ilə qədər müqaviləsinin olması, "qoca sinyora"nı türk klubuyla danışıqlar masası arxasına oturmağa məcbur edəcək.

2009/13 mövsümündə İtaliya "İnter"ində oynamış holland, burda 116 oyunda 22 qol vurub, 36 məhsuldar ötürmə vermişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm