Avropanın ən yaxşı kapitanları - SİYAHI
Bizi izləyin

İdman

Avropanın ən yaxşı kapitanları - SİYAHI

Avropa futbol klublarının ən yaxşı 10 kapitanlı müəyyənləşib.

Puublika.az xəbər verir ki, bunlardan Stiven Cerard, Françesko Totti, İker Kasilyas və Con Terri hələ də kapitanları olduqları komandalarında karyeralarını davam etdirir.

Paulo Maldini, Karles Puyol, Xavyer Zanetti və Oliver Kan kimi futbolçular isə artıq karyeralarını başa vurublar.


1. Stiven Cerard (İngiltərə) - "Liverpul"un canlı əfsanəsi olan Cerard 1998-ci ildən çıxış etdiyi komandanın heyətində 488 oyun keçirib və 114 dəfə rəqib qapılarına yol tapıb.

2. Françesko Totti (İtaliya) - 1992-ci ildən "Roma"da çıxış edən Totti paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 572 matçda 237 qola imza atıb.

3. İker Kasilyas (İspaniya) - 1999-cu ildən "Real"ın əsas komandasında çıxış edən Kasilyas 491 görüşdə "kral klubu"nun çərçivəsini qoruyub.

4. Con Terri (İngiltərə) - 1998-ci ildən "Çelsi"də çıxış edən təcrübəli müdafiəçi keçirdiyi 431 oyunda 35 qolla yadda qalıb.

5. Alessandro del Pyero (İtaliya) - 1993-2012-ci illərdə "Yuventus"un kapitanı olan del Pyero meydana çıxdığı 513 oyunda 208 qol vurub.

6. Raul Qonzales (İspaniya) - 1994-2010-cu illərdə "Real" (Madrid) klubunun şərəfini qoruyan Raul keçirdiyi 550 oyunda 228 dəfə rəqib qapılarına yol tapıb.

7. Paulo Maldini (İtaliya) - Karyerası ərzində yalnız "Milan"ın şərəfini qoruyan (1985-2009) Maldini 647 oyunda 29 qol vurub.

8. Karles Puyol (İspaniya) - 1999-2014-cü illərdə "Barselona"nın kapitanı olan Puyol meydana çıxdığı 392 görüşdə 12 dəfə rəqib qapılarına yol tapıb.

9. Xavyer Zanetti (Argentina) - 1995-2014-cü illərdə "İnter"in şərəfini qoruyan Zanetti keçirdiyi 615 oyunda 12 qola imza atıb.

10. Oliver Kan (Almaniya) - 1994-2008-ci illərdə "Bavariya"nın qapısını qoruyan Kann Münhen təmsilçisinin heyətində 429 rəsmi görüşdə iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm