"Qəbələ"nin rəqibləri bəlli oldu
Bizi izləyin

İdman

"Qəbələ"nin rəqibləri bəlli oldu

Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Qəbələ” futbol komandasının hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən ikisinin adı müəyyənləşib.

Klubdan bildiriblər ki, “Qəbələ”nin qardaş ölkədə ilk yoxlama oyunu yanvarın 10-da baş tutacaq. Sözügedən matçda “Qəbələ” PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək.

Təmsilçimizin digər rəqibi isə “Vorskla” (Poltava, Ukrayna) olacaq. Həmin oyun yanvarın 17-də keçiriləcək.

“Qəbələ” bundan əlavə yanvarın 14, 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm