“İlin komandası”nı dövlət başçısı yola saldı
Bizi izləyin

İdman

“İlin komandası”nı dövlət başçısı yola saldı

Tarixində ilk dəfə Asiya kubokunun final mərhələsinə vəsiqə qazanan Fələstin millisini adıçəkilən turnirə dövlət başçısı yola salıb.

Publika.az xəbər verir ki, Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas bütün Fələstin xalqının ürəyinin millinin yanında olacağını deyib:

"Siz turnirdə təkcə bizim futbolumuzu yox, bütün Fələstini təmsil edəcəksiz. Bu, bizim üçün böyük uğurdu. Bütün Fələstin xalqının fikri və qəlbi sizin yanınızda olacaq".

Fələstin müstəqil olmasa da, FİFA artıq uzun müddətdi bu ölkənin millisinə öz bayrağı altında keçirilən yarışlara qatılmağa icazə verir. Fələstin millisi Asiya kubokunun final mərhələsinə Asiya Çellenc Kubokunun finalında Filippini 1:0 hesabıyla məğlub edərək qatılıb. Bu uğurları sayəsində Asiyada “ilin ən yaxşı milli komandası” mükafatına layiq görülüb. Komanda turnirdə İordaniya, İraq və Yaponiya milliləri ilə bir qrupda mübarizə aparacaq.

Asiya kubokunun final mərhələsi 9-31 yanvar 2015-ci il tarixində Avstraliyada baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm