İdman
Qəbələ İdman Klubu üçün unudulmaz il
Son günlərini yaşadığımız 2014-cü il “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb. Klubun idmançıları başa çatmaqda olan ildə bir sıra nailiyyətlər qazanıb. Futbol meydanları ilə yanaşı, digər idman növlərində də “qırmızı-qaralar” azarkeşlərini sevindirə bilib. 2014-cü ilin ən yaddaqalan 14 məqamını sizlərə təqdim edirik.
1. İlk dəfə Avropada
2005-ci ildə yaranan “Qəbələ”nin avrokuboklarda debütü 2014-cü ildə
gerçəkləşib. Azərbaycan Premyer Liqasında 3-cü yeri tutmaqla,
Avropa Liqasına vəsiqə əldə edən “qırmızı-qaralar” bu yarışın
təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Şiroki Briyeq”
klubu ilə görüşüb. Qəbələdə keçirilən ilk avrokubok matçı ilə
komanda 9 illik tarixində yeni səhifə açıb.
2. Tarixi bürünc
Mayın 17-də “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edən “Qəbələ”
Azərbaycan çempionatları tarixində ilk mükafatını qazanıb. Son
turadək 3-cü pillədə olan “Neftçi”nin xal itirməsi
“qırmızı-qaralar”ın bürünc mükafat əldə etməsi ilə nəticələnib. 36
oyunda 61 xal toplayan “Qəbələ” klub rekordlarını yeniləməklə
yalnız “Qarabağ” və “İnter”dən geri qalıb. Hesabında 18 qələbə, 7
heç-heçə və 11 məğlubiyyət olan komanda 48 qol vurub, 36-nı
buraxıb.
3. Final həyəcanı
Ardıcıl 3 mövsüm 1/4 finalda büdrəyən, son iki mövsümdə yarışı
məğlubiyyətsiz başa vuran “Qəbələ” Azərbaycan kuboku tarixində ilk
dəfə finala yüksəlib. Yarımfinal səddini 3-cü cəhddən adlayan
“qırmızı-qaralar” həlledici qarşılaşmada “Neftçi” ilə qarşılaşıb.
Ölkənin ən titullu klubu ilə 120 dəqiqə bərabər səviyyədə mübarizə
aparan Yuri Syominin baş məşqçisi olduğu komanda yalnız penaltilər
seriyasında məğlub olub.
4. Ənənə davam edir
Artıq ənənəvi olan “Qəbələ kuboku” turniri baş tutub. 8 klubun U-15
komandalarının yarışına “Liverpul” (İngiltərə), “Fənərbaxça”
(Türkiyə), “Udineze” (İtaliya), “Rapid” (Avstriya), “Lokomotiv”
(Rusiya), “Anderlext” (Belçika) kimi komandalar dəvət olunub.
Ölkəmizi “Qəbələ” və “Neftçi”nin təmsil etdiyi yarış Belçika
klubunun qələbəsi ilə başa çatıb. “Qəbələ” isə yarışın
yarımfinalına yüksəlməklə, sonda 4-cü olub.
5. 8 komanda 7 medal
2013/14 mövsümü təkcə əsas komanda deyil, “Qəbələ” Futbol
Akademiyasının yetirmələri üçün də uğurlu olub. AFFA-nın təşkil
etdiyi liqalarda mübarizə aparan 8 komandadan 7-si mövsümü
mükafatla başa vurub. U-13, U-15, U-16 çempion olubsa, U-12, U-17,
U-19 gümüş, U-14 bürünc mükafata yiyələnib.
6. 4-cü dəfə üçlükdə
Əvəzedicilərin çempionatında da “Qəbələ” uğur əldə edib. 2011/12
mövsümündəki ən yaxşı nəticəsini təkrarlayan “qırmızı-qaralar”
mövsümü gümüş medalla tamamlayıb. Yalnız “İnter”dən geri qalan
komanda tarixinin 4-cü medalını qazanıb. Belə ki, “Qəbələ” 2009/10
və 2010/11 mövsümlərində ardıcıl 2 bürünc qazanıb.
7. İki yeni rekord
2014-cü il “Qəbələ”də iki rekordun qırılması ilə əlamətdar olub.
Klub tarixində ən çox oyun keçirən və ən çox qol vuran futbolçu
dəyişib. Braziliyalı Dodo neçə vaxtdır hamıdan çox oyun keçirən
ünvanını əlində saxlayan Pavel Doroşevi arxada qoyub. Cənubi
amerikalı 99 matç keçirən qapıçının rekordunu qırmaqla siyahıda
1-ci pilləyə çıxıb. Hazırda onun hesabında 122 oyun var. 2014-cü
ildə 8 qol vuran Viktor Mendi isə ümumi qol sayını 26-ya çatdırıb.
Bununla da o, 20 dəfə fərqlənən Rövşən Əhmədovun nəticəsini arxada
qoyub.
8. Avropanın 1 nömrəsi
Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən
Fariz Məmmədov Avropa çempionluğunu qazanıb. O, bu ad uğrunda
revanş döyüşündə Almaniya təmsilçisi Matias Pelklə qarşılaşıb. WBCA
və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün ilk
saniyələrdən üstünlüyü ələ alan Məmmədov dördüncü raundda rəqibini
nokauta salıb və WBO və WBCA versiyaları üzrə Avropa kəmərinə sahib
çıxıb.
9. Polşadan 2 medal
Polşada keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatı
“Qəbələ” üçün uğurlu alınıb. Azərbaycan milli komandasının yarışda
qazandığı 3 medaldan ikisini klubumuzun üzvləri əldə edib. Uşanqi
Kokauri (+100 kq) yalnız finalda məğlub olmaqla, gümüş mükafata
yiyələnib. Mehman Sadıxov (60 kq) isə Polşada bürünc mükafatçı kimi
fəxri kürsüyə yüksəlib. Ümumiyyətlə, 2014-cü il Sadıxov üçün uğurlu
alınıb. Avropa kuboku və bir sıra digər yarışlarda da mükafat əldə
edən idmançımız Amerika Birləşmiş Ştatlarında keçirilən Gənclərin
Dünya Birinciliyində 60 kq çəki dərəcəsində bürünc medala sahib
olub.
10. Qəbələdə Dünya kuboku
Bu il Qəbələdə Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri
üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçirilib. “Qəbələ”
Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə
təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman
Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final
mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və
stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edib.
Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunan
yarışa dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və
qonaq gəlib.
11. “Qəbələ”də yeni bölmə
2014-cü ildə “Qəbələ” İdman Klubunda daha bir növ üzrə bölmə
fəaliyyətə başlayıb. Belə ki, klubda sərbəst güləş bölməsi də
açılıb. Bu, “Qəbələ”də futbolla yanaşı fəaliyyət göstərən idman
növlərinin sayının artması ilə nəticələnib. Bunadək boks, cüdo,
taekvondo, atçılıq, karate, kikboksinq və MMA bölmələrinə malik
klubun fəaliyyəti daha da genişlənib.
12. “Porto”dan “Qəbələ”yə
2014-cü il futbol komandasının tarixinin ən sanballı keçidi ilə
əlamətdar olub. Tanınmış rusiyalı mütəxəssis Yuri Syominin
rəhbərliyi dövründə sayılıb-seçilən futbolçuları heyətinə qatan
“qırmızı-qaralar” Marat İzmaylovu da icarəyə götürüb. Məşhur
“Porto” klubundan gələn legioner klub tarixinin ən tanınmış
futbolçusu olub. İki Avropa, 1 dünya çempionatının iştirakçısı olan
yarımmüdafiəçi yayda klubdan ayrıldı. Kubokun finalı, bürünc medal
və avrokuboklara vəsiqədə böyük rolu olan Syomin və transferlərinin
əldə etdiyi uğurlar Rusiya Premyer Liqa klublarının diqqətindən
yayınmadı. Syomin, köməkçiləri, Lorenso Ebesilio və İbrahim Niasse
“Mordoviya”, İzmaylov “Krasnodar”a keçib.
13. Tayvandan qızıl medalla
“Qəbələ” taekvondoçuları bölmənin fəaliyyət dövründəki ən böyük
uğurlarını 2014-cü ildə əldə edib. İki idmançımız dünya
birinciliyinin mükafatını əldə edib. Ən böyük nailiyyəti isə
Məhəmməd Məmmədov qazanıb. O, Tayvanda keçirilən Gənclərin dünya
birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Yeniyetmələrin Bakıdakı analoji yarışında isə Nərgiz Mirzəyeva
bürünc medal qazanmağı bacarıb.
14. Qəbələdə möhtəşəm kikboksinq turniri
Qəbələ Olimpiya İdman Kompleksi möhtəşəm kikboksinq turnirinə ev
sahibliyi edib. “Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və
İdman Nazirliyinin və Azərbaycan kikboksinq Federasiyasının dəstəyi
ilə ilk dəfə təşkil olunan “Gabala Fight Series” çərçivəsində
“Glory Ranked Fights” üzrə döyüşlər keçirilib. Rinqə çıxanlar
arasında olan klubumuzun üzvü Pərviz Abdullayev çinli Jiao Fukaini
nokautla məğlub edib və bu qələbə ilə “Glory” seriyasına vəsiqə
qazanıb.
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları