“Körpə” evinə döndü
Bizi izləyin

İdman

“Körpə” evinə döndü

“Milan”ın hücumçusu Fernando Torres yenidən vətəni İspaniyaya qayıdıb.

Publika.az xəbər verir ki, İspaniya millisinin forvardı sabiq komandası “Atletiko” ilə anlaşıb.

Klublar arasında razılığa görə, Torres “Atletiko”da icarə əsasında çıxış edəcək. “Atletiko”nun rəsmi saytında yazılan məlumata görə, onlar futbolçunu 1,5 illik icarəyə götürüblər.

Qeyd edək ki, karyerasına məhz “Atletiko”da başlayan “Körpə” 2007-ci ildə Madridi tərk edib və növbə ilə “Liverpul”, “Çelsi” və “Milan”da çıxış edib. Cari mövsümün ilk yarısını "Milan"da keçirən forvard İtaliya klubu ilə yenicə müqavilə bağlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm