“Robben karyerasında ən doğru qərarı verib”
Bizi izləyin

İdman

“Robben karyerasında ən doğru qərarı verib”

2014-cü ili Aryen Robben üçün uğurlu saymaq olar. “Qızıl top”a namizəd ən yaxşı üç futbolçu arasına düşməsə də, onun dünya çempionatında və “Bavariya”nın heyətində sərgilədiyi futbol ən xoş sözlərə layiqdi. Təsadüfi deyil ki, həmyerlisi, Hollandiya futbolunun canlı əfsanəsi Yohan Kroyff da Robbenin parlaq il keçirməsinə biganə qalmayıb.

Publika.az xəbər verir ki, “Uçan holland” Robbenin "Bavariya"ya keçməklə karyerasında ən doğru qərarı verdiyini bildirib:

"Robben gənc futbolçulara örnək ola biləcək futbolçudur. Lakin o, "Real"ın təklif etdiyi pulu seçərək "Bavariya"ya keçməsəydi, heç nə qazana bilməyəcəkdi. Təbii ki, karyeranın yüksəlişi üçün vacib məqamlarda düzgün qərar verməlisən. Robben də "Bavariya"ya transfer olunmaqla karyerasının ən düzgün qərarını verdi".

Qeyd edək ki, 30 yaşlı futbolçu 2009-cu ildə "Real"dan "Bavariya"ya transfer olunub. Əvvəlki illərdə zədələr ona özünü tam göstərmək imkanı verməsə də, tədricən formaya düşən Aryen komandanın liderlərindən birinə çevrildi.

Münhen klubunun son illərdəki uğurlarında onun müstəsna rolu var. “Bavariya”da 6-cı mövsümünü keçirən Robben bu müddət ərzində 119 oyuna çıxıb və 66 qol vurub, üç dəfə Almaniya çempionu olub, üç dəfə Almaniya kubokunu, iki dəfə Almaniya superkubokunu qazanıb, üç dəfə Çempionlar Liqasında final oynayıb və ötən il turnirin qızıl medalını boynundan asıb. 2010-cu ildə Almaniyada ilin oyunçusu seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm