Oyun alqı-satqısında ittiham olunan məşqçi danışdı
Bizi izləyin

İdman

Oyun alqı-satqısında ittiham olunan məşqçi danışdı

Oyun alqı-satqısında ittiham olunan Yaponiya millisinin baş məşqçisi Xavyer Aqirre haqqındakı iddialarla bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, 56 yaşlı mütəxəssis günahsız olduğunu və sona qədər özünü müdafiə edəcəyini bildirib.

İspaniya “Saraqosa”sında baş məşqçi olarkən “Levante” ilə son turda qazandıqları 2:1 hesablı qələbəni pulla aldığı iddia olunan meksikalı çalışdırıcı bu məsələyə aydınlıq gətirib:

“Mən 12 il İspaniyada çalışmışam. Həmin dövr ərzində heç bir qeyri-etik davranışım olmayıb. Heç kimə də “hədiyyə” verməmişəm. Heç kəs mənim uğurlarıma kölgə sala bilməz. Vəkillərimlə görüşmüşəm. Bu işin sonuna qədər gedib haqqımı almaq üçün savaşacam”.

Qeyd edək ki, Aqirre bu yay Yaponiya millisinin baş məşqçi postunda təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm