“Bavariya” rəsmisi: “Qvardiolanın futbola baxışı da inkişaf edib”
Bizi izləyin

İdman

“Bavariya” rəsmisi: “Qvardiolanın futbola baxışı da inkişaf edib”

Pep Qvardiolanın “Bavariya”nın baş məşqçi postuna təyin olunması birmənalı qarşılanmamışdı. Hələ ötən mövsüm Çempionlar Liqasında “Real”a biabırçı məğlubiyyətlərdən sonra onun məşqçi fəlsəfəsinin Bundesliqada işə yaramayacağını düşünənlərin sayı daha da artmışdı. Amma ispan mütəxəssis inadından dönmədi və düşüncələrini yetirmələrinə aşılamağa davam etdi. Artıq onu tənqid edənlərin səsi çıxmır. Deyəsən, hər şey yoluna düşüb.

Publika.az xəbər verir ki, rəhbərlik də Pepin işindən razı görünür. “Bavariya”nın idman direktoru Mattias Zammer Qvardiolanın Münhenə gələndən sonra bir az da inkişaf etdiyini düşünür:

“Barselona”dan gələndən sonra Qvardiolanın futbola baxışında da inkişaf hiss olunur. O, hər bir futbolçunun fərdi keyfiyyətlərini də nəzarətdə saxlayır. Hədəfi və əlindəki “materiallar”ın keyfiyyətini bilmək üçün ona vaxt lazım idi. Pep bu iki məqamı uğurla birləşdirdi”.

Zammer həmçinin komandadakı zədəli futbolçularla bağlı da danışıb:

“Badştuber özünü yaxşı hiss edir. Məncə, yanvardan komandayla məşqlərə başlayacaq. Alabanın vəziyyəti bir qədər müəmmalıdır. Lam ya fevralın ortalarında, ya da sonunda komandaya qoşulacaq. Xavi Martineslə Alkantarayla bağlı proqnoz vermək istəmirəm. Əsas odur ki, onlar tezliklə sağalsınlar. Lam və Alkantara yəqin ki, Qətərdəki təlim-məşq toplanışını buraxacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm