İngiltərədə baş məşqçiyə qapını göstərdilər
Bizi izləyin

İdman

İngiltərədə baş məşqçiyə qapını göstərdilər

İngiltərə Premyer Liqasında daha bir məşqçi qovulub.

Publika.az xəbər verir ki, “Vest Bromviç”in baş məşqçisi Alan İrvayn istefaya göndərilib. O, qeyri-qənaətbəxş nəticəyə görə vəzifəsindən uzaqlaşdırılıb.

“Qaratoyuqlar” 19 turdan sonra 17 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Vest Bromviç”i düşmə zonasından yalnız bir xal ayırır.

Komandanı növbəti turda keçiriləcək “Vest Hem”lə oyuna Rob Kelli hazırlaşdıracaq. O, İrvaynın köməkçisi olub. Klubun rəsmi saytı bildirib ki, həftənin sonunadək yeni baş məşqçinin adı açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm