Erməninin Azərbaycan klubuna gəlişi aranı qarışdırdı
Bizi izləyin

İdman

Erməninin Azərbaycan klubuna gəlişi aranı qarışdırdı

Təbrizin "Traktorsazi" klubu İran vətəndaşı olan erməni əsilli Andranik Teymuryanla müqavilə bağlayıb.

Publika.az xəbər verir ki, bu hadisə ölkəmizdə də çoxlu azarkeşi olan kluba etirazlara səbəb olub.

"Qurdlar"ın sosial şəbəkələrdəki səhifələrinin bir çoxunda erməni oyunçunun kluba gətirilməsi pislənib. Bəziləri hətta bundan sonra kluba azarkeşlik etməyəcəklərini də bildiriblər.

Bu hadisələrdən sonra Təbriz klubunun fanat səhifələri azarkeşlərə müraciət edərək Andranikin kluba transferinin fars rejimi tərəfindən atılan məqsədli addım olduğunu və bununla "Traktorsazi"nin millətçi azarkeşlərinin klubdan soyutmaq istədiklərini deyiblər.

"Traktorsazi"nin fanatlarının klubun oyunlarında Teymuryana tribunalardan təzyiq edəcəyi də söylənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm