• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ronaldo ilin ən yaxşısı oldu, “Real” bütün nominasiyaları “özəlləşdirdi”

  • İdman
  • 30 Dekabr 2014 13:13
  • 440 Baxış
Ronaldo ilin ən yaxşısı oldu, “Real” bütün nominasiyaları “özəlləşdirdi”

Dubayda keçirilən “Globe Soccer Awards” futbol mükafatları tədbirində bütün mükafatlara "Real"ın nümayəndələri sahib çıxıb.

Komanda.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2014-ün ən yaxşısı olub. 29 yaşlı futbolçu mükafatı aldıqdan sonra buna görə ilk növbədə komanda yoldaşlarına təşəkkür edib:

“Çəkdiyim əziyyətin qarşılığında daha bir mükafat aldığıma görə çox sevincliyəm. Bu mükafatı almağımda mənə yardım edən bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Komanda olaraq bu il möhtəşəm mövsüm keçirdik, dörd kubok qazandıq. Bu komandada oynadığım üçün fəxr edirəm. Heç vaxt üzərimdə təzyiq hiss etməmişəm. Çox xoşbəxtəm. İstədiyim işlə məşğulam. Futbol oynamağı, qol vurmağı və ötürmə etməyi çox sevirəm. Bu il dünyaya “Real”ın ən yaxşı olduğunu bir daha göstərdik”.

2011-ci ildə də bu mükafata layiq görülən Ronaldo bir neçə gündən sonra “Qızıl top”un təqdimat mərasimində də eyni anları yaşayacağına ümid etdiyini deyib.

“Ən yaxşı baş məşqçi” mükafatı da “Real”ın üzvünə çatıb. Karlo Ançelotti fərqlənib. Bundan başqa, Xames Rodriges “ən yaxşı gənc oyunçu”, Florentino Peres “ən yaxşı klub prezidenti”, “Real” isə “ilin klubu” nominasiyalarının qalibi olub.

Ötən il “ən yaxşı oyunçu” “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi, “ən yaxşı baş məşqçi” isə “Yuventus”u çalışdıran Antonio Konte olmuşdu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR