Daha bir futbolçu "Qəbələ"də!
Bizi izləyin

İdman

Daha bir futbolçu "Qəbələ"də!

"Qəbələ" klubu daha bir futbolçu transfer edib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Roman Qriqorçuk Ukrayna "Çernomorets"ində də rəhbərliyi altında çıxış etmiş Aleksey Qayı yeni komandasına gətirib.


32 yaşlı yarımmüdafiəçi yanvarın 5-də "Qəbələ"nin Türkiyənin Antalya bölgəsində başlanacaq təlim-məşq toplantısında "qırmızı-qaralar"a qoşulacaq. Onunla rəsmi müqavilə məhz həmin vaxt bağlanılacaq.


Qeyd edək ki, "Qəbələ" daha öncə Rəşad Sadiqovla yarım illik müqavilə bağlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm